“Qarabağ”ın sabiq forvardı Dino Ndlovu “Kocaelispor”dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
32 yaşlı Cənubi afrikalı hücumçunun karyerasını Çinin Super Liqa təmsilçisi “Çançun Yatay”da davam etdiriləcəyi bildirilib. Ndlovunun transferi üçün 5 milyon dollar ödəniləcəyi iddia olunub.
Qeyd edək ki, Ndlovu 2018-ci ilin yanvarında “Qarabağ”dan Çinin 2-ci liqa klubu “Çjetsyaz” klubuna keçib.
O, ötən yay Türkiyə 1-ci liqa təmsilçisi “Kocaelispor”a transfer olunub. Bu komandada 15 oyuna 9 qol vurub, 1 qolun isə ötürməsini edib.

