Rəşad Sadıqov: “Mənə "peşman olacaqsan' dedi və haqlı çıxdı”

12 Mart 2022 20:00 Türkiyə 4 436
Rəşad Sadıqov: “Mənə "peşman olacaqsan' dedi və haqlı çıxdı”

“Bu insanlar Türkiyənin qapılarını mənim üzümə açdı”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında Azərbaycan yığmasının sabiq kapitanı Rəşad Sadıqov deyib.

Müxtəlif vaxtlarda “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”un şərəfini qorumuş, hazırda isə “Zirə”ni çalışdıran keçmiş müdafiəçi həmin günləri belə xatırlayıb:

"Mənim Türkiyəyə ilk transferim “Kayserispor”un ovaxatki idman direktoru Süleyman Hurma və baş məşqçi Ertuğrul Sağlamın istəyi ilə olmuşdu.

Bu insanların Türkiyə qapılarının üzümə açılmasında böyük əməyi var. Hər zaman onlara təşəkkür edəcəm. Üzərimdə haqları çoxdur.

Hazırda “Fatih Karagümrük”ün prezidenti olan Süleyman Hurmanın futbolçu seleksiyasında çox yaxşı gözü var.

Doğrudur, Keyseridən ayrılmağım heç yaxşı olmadı. Əsas səbəbkar mən idim.

“Kayserispor”dan ayrılarkən, Süleyman bəy mənə "Rəşad, peşman olacaqsan' dedi. Mən de 'Hər bir qərarımın arxasındayam' söylədim.

Mənə 'İllər keçəcək, söylədiklərimin doğru olduğunu görəcəksən' demişdi. Başqan haqlı çıxdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti