Millimizin keçmiş üzvü Namiqin "kefinə soğan doğradı"

11 Mart 2022 02:20 Türkiyə 1 040
Millimizin keçmiş üzvü Namiqin "kefinə soğan doğradı"

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Bursa təmsilçisi 22-ci turdan təxirə salınmış matçda "Eyüpspor"un qonağı olub.

Yanvarın 23-də keçirilməli olan qarşılaşma güclü qar səbəbindən 16-cı dəqiqədə - meydan sahibləri 1:0 hesabı ilə öndə olduğu vaxt yarımçıq dayandırılmışdı. Həmin vaxt yeganə qola 2-ci dəqiqədə Pa Dippa imza atmışdı.

Qaldığı yerdən davam etdirilən görüşdə daha 2 qol vuran "Eyüpspor" rəqibini darmadağın edib - 3:0.

Komandanın heyətində 15-ci dəqiqədə Umut Bulut və 59-cu dəqiqədə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Timur Temeltaş fərqləniblər.

Meydana start heyətində çıxan Namik Ələskərov sonadək əvəzlənmədən oynayıb.

"Bursaspor" 26 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb. Bu qələbə ilə xallarını 45-ə matdlran "Eyüpspor" isə 5-ci pilləyə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti