Namiqi Bursada meydana çıxmağa qoymadılar – Hava proqnozuna görə

10 Mart 2022 17:20 Türkiyə 950
Namiqi Bursada meydana çıxmağa qoymadılar – Hava proqnozuna görə

Türkiyə Futbol Federasiyası (TFF) aşağı liqaların oyunlarını təxirə salıb.

Sportinfo.az xəbər verir ki, buna ölkədə həftəsonu üçün gözlənilən əlverişsiz hava şəraiti səbəb olub.

Qurum 11 - 14 martda təşkili planlaşdırılan I, II və III liqalardakı matçların 18 - 21 martda keçiriləcəyini açıqlayıb.

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" martın 14-də XXIII turda "Balıkesirspor"u qəbul etməli idi.

"Timsahlar" bu gün XXII turdan təxirə salınmış görüşdə "Eyüpspor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti