“Fənərbaxça” evdə liderlə bacarmadı, QALMAQAL DÜŞDÜ - VİDEO

7 Mart 2022 01:30 Türkiyə 1 131
“Fənərbaxça” evdə liderlə bacarmadı, QALMAQAL DÜŞDÜ - VİDEO

Türkiyə çempionatında 28-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi görüşü İstanbulda baş tutub.

Çempionatın lideri “Trabzonspor” səfərdə “Fənərbaxça”nın qonağı olub. İlk hissənin ortalarında Entoni Nvakaeme hesabı açıb.

Meydan sahibləri yalnız fasilədən sonra məğlubiyyətdən qaçıb. Miha Zays hissənin ortalarında hesabda tarazlıq yaradıb.

1:1 hesablı heç-heçə ilə nəticələnən qarşılaşma xoşagəlməz hadisə ilə də əlamətdar olub.

Oyunun gedişində azarkeşin meydana girməsi qalmaqalla nəticələnib və futbolçular arasında da gərginlik yaşanıb. Bu matçdan sonra komandalar arasında 20 xallıq fərq dəyişməz qalıb.

28 oyunda 67 xal toplayan “Trabzonspor” ən yaxın izləyicisi “Konyaspor”u 15 xal qabaqlayır. “Fənərbaxça” 47 xalla üçüncüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti