9 nəfərlə qalmış rəqib Namiqi sevinməyə qoymadı

6 Mart 2022 19:20 Türkiyə 1 019
9 nəfərlə qalmış rəqib Namiqi sevinməyə qoymadı

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Bursa təmsilçisi səfərdə "Boluspor"un qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Meydana start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi 74-cü dəqiqədə Rici Ofusu ilə əvəzlənib.

Matçda hesabı 42-ci dəqiqədə meydan sahiblərinin heyətində Kabonqo Kasonqo açıb. 54-cü dəqiqədə "Boluspor"da Bekim Balyay ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bundan 4 dəqiqə sonra qonaqlar Rodriqo Salasarın qolu ilə tarazlığı bərpa ediblər. 66-cı dəqiqədə "Boluspor" meydanda 9 nəfərlə qalıb. Bu dəfə Odise Roşi ikinci sarı vərəqəni görüb.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Boluspor" 10-cu pillədəki mövqeyini qoruyub. 25 xalı olan "Bursaspor" isə 19 komanda arasında 18-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti