"Mediada yazılanları normal qarşılayırıq, bəzən də gülüb keçirik"

6 Mart 2022 00:00 Türkiyə 594
"Mediada yazılanları normal qarşılayırıq, bəzən də gülüb keçirik"

"Fənərbaxça"nın kapitanı Məsut Özilin meneceri Erkut Söyüt açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, 33 yaşlı yarımmüdafiəçinin müqaviləsinin sonuna kimi İstanbul təmsilçisində qalacağını bildirib:

"Hər kəsə açıq şəkildə demək istəyirəm ki, Məsut Özil müqaviləsinin sonuna qədər "Fənərbaxça"da qalacaq.

Bu mövzu ilə bağlı heç kəsin şübhəsi olmasın. Mediada yazılanları normal qarşılayırıq. Bəzən də gülüb keçirik, Məsut da elə edir".

Məsut Özil "Fənərbaxça"ya 2021-ci ilin qışında "Arsenal"dan keçib. Almaniya millisinin sabiq üzvünün "sarı-lacivərtlilər"lə müqaviləsi 2024-cü ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti