Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələskərov çıxış etdiyi "Bursaspor"da ən çox meydanda olan futbolçudur.
Sportinfo.az xəbər verir ki, o, indiyədək "timsahlar"ın heyətində ümumilikdə 1 722 dəqiqə oynayıb.
İkinci sırada 1 484 dəqiqə ilə xorvatiyalı müdafiəçi Luka Tsapan qərarlaşıb. İlk "3-lüy"ü belçikalı yarımmüdafiəçi Massimo Bruno (1 450) tamamlayır.
1 245 dəqiqə meydanda olan argentinalı orta xətt oyunçusu Nikolas Salasar isə dördüncüdür.
Namiq Ələskərov "Bursaspor"la 2+1 illik müqavilə bağlayıb.

