“Ərzurum BB”un müdafiəçisi Aykut Dəmir “Müharibəyə yox” şüarı yazılmış formanı geyinməkdən imtina edib.
Sportinfo.az xəbər verir ki, “Ankaragücü” ilə oyunu öncəsi keçirilən aksiyada futbolçular müharibəyə etirazlarını çatdırıblar.
Amma Dəmir bu aksiyaya qoşulmayıb. Səbəbini isə belə izah edib:
“Yaxın Şərqdə hər gün minlərlə insan ölür. Bu bölgədəki vəhşiliyə məhəl qoymayanlar, buna susanlar Avropaya gəldikdə tam əksini edirlər.
Bu köynəkdə narahat olardım. Buna baxmayaraq, günahsız insanların çəkdiyi əzabı hiss edirəm”.

