"Onun bizimlə olduğunu hiss edirik”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Bursaspor”un formasını geyinən Namiq Ələsgərova aiddir.
Yarımmüdafiəçi baş məşqçi Tamer Tuna haqqında fikirlərini bölüşüb:
“O, oyunçulara motivasiya və dəstək verir. Məncə, çox yaxşı baş məşqçidir.
Azərbaycanda hər kəs "Bursaspor"un nə qədər böyük klub olduğunu bilir.
Bu mövsüm istədiyimiz kimi olmadı. Amma inanıram ki, hər şey düzələcək".

