"Bakı"nın keçmiş baş məşqçisi Türkiyədə yeni klubla anlaşdı

21 Fevral 2022 12:00 Türkiyə 971
"Bakı"nın keçmiş baş məşqçisi Türkiyədə yeni klubla anlaşdı

“Rizəspor”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülənt Korkmaz çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1.5 illik müqaviləyə imza atıblar.

Bülənt Korkmaz son olaraq “Alanyaspor”a rəhbərlik edib. O, Super Liqanın cari mövsümündə 16-cı turdan sonra postundan ayrılmışdı.

Vaxtilə Azərbaycanda “Bakı”nı da çalışdırmış mütəxəssis “Rizəspor”da Hamza Hamzaoğlunu əvəz edib.

Elitada qalmaq uğrunda mübarizə aparan “Rizəspor” hazırda 23 xalla 20 iştirakçı arasında 18-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti