"Fənərbağça" öz meydanında "Slaviya"ya uduzdu - VİDEO

18 Fevral 2022 00:10 Türkiyə 1 002
"Fənərbağça" öz meydanında "Slaviya"ya uduzdu - VİDEO

UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, gecənin maraqla gözlənilən oyunlarından biri Türkiyədə keçirilib.

Ölkənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Oyunda hesabı qonaqlar açıblar. İlk hissənin sonuncu dəqiqəsində İbrahima Traore fərqlənib. 58-ci dəqiqədə "Fənərbağça"nın heyətində Dimitris Pelkas tarazlığı bərpa edib.

Lakin 62-ci dəqiqədə Praqa təmsilçisi yenidən önə keçib. Bu dəfə Oskar Dorli adını tabloya yazdırıb. Cəmi 2 dəqiqə sonra Ondrjey Linqr 3-cü topu "sarı-lacivərdlilər"in qapısından keçirib.

Oyunda son nöqtəni isə 83-cü dəqiqədə Fərdi Kadıoğlu qoyub. Maraqlıdır ki, bu qolun ötürməsini 75-ci dəqiqədə meydana daxil olan 16 yaşlı yarımmüdafiəçi Arda Güler edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti