"Atletiko" gözlənilmədən autsayderə məğlub oldu - VİDEO

17 Fevral 2022 01:30 Türkiyə 3 663
"Atletiko" gözlənilmədən autsayderə məğlub oldu - VİDEO

İspaniya La Liqasında XXI turdan təxirə salınmış "Atletiko" - "Levante" matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 54-cü dəqiqədə Qonsalo Melero vurub.

Bununla da "Levante" xalını 14-ə çatdırsa da, sonuncu - 20-ci yerdə qalıb. "Atletiko" isə 39 xalla 5-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti