Super Liqa çempionluğu yolunda növbəti uğurlu addım - VİDEO

14 Fevral 2022 01:30 Türkiyə 803
Super Liqa çempionluğu yolunda növbəti uğurlu addım - VİDEO

Türkiyə Super Liqasında XXV turun mərkəzi görüşü “Trabzonspor” və “Konyaspor” arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, Trabzon şəhərindəki “Şenol Güneş” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qalib komandadan qolları Edin Vişça 13-cü və 67-ci dəqiqələrdə vurub. Qonaqların təsəlli qoluna isə Sokol Çikaleşi imza atıb.

Bununla da 25 oyundan 60 xal toplayan “Trabzonspor” liderliyini daha da möhkəmlədib. “Konyaspor” isə 24 oyundan 48 xalla 2-ci pillədə yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti