"Fənərbaxça" səfərdə geridönüş etdi və qazandı - VİDEO

13 Fevral 2022 15:40 Türkiyə 898
"Fənərbaxça" səfərdə geridönüş etdi və qazandı - VİDEO

Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Girəsunspor"un qonağı olub.

Matç İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 40-a yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 26 xal toplayan "Girəsunspor" isə 16-cı yerdədir.

"Girəsunspor" - "Fənərbaxça" 1:2

Qollar: Çiqinyo, 2 - Enner Valensiya, 30, Dimitrios Pelkas, 53

Qırmızı vərəqə: Aleksis Peres, 82

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti