"Fənərbağça" son saniyədə ŞOK oldu, mübarizəni dayandırdı - VİDEO

9 Fevral 2022 10:20 Türkiyə 807
"Fənərbağça" son saniyədə ŞOK oldu, mübarizəni dayandırdı - VİDEO

Türkiyə Kubokunda 1/8 finalın daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Fənərbağça" öz meydanında "Kayserispor"la qarşılaşıb.

"Ülker" stadionundakı görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramazan Civelek vurub.

Kayseri klubu ilk hissənin sonlarında azlıqda qalıb. Uğur Demirok birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra İstanbul təmsilçisi ölkə kubokunda mübarizəni dayandırıb. "Kayserispor" isə 1/4 finala yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti