Namiq qol pası verdi, “Bursaspor” qazandı, təhlükəli zonadan çıxdı

5 Fevral 2022 19:20 Türkiyə 1 178
Namiq qol pası verdi, “Bursaspor” qazandı, təhlükəli zonadan çıxdı

Türkiyə TFF I Liqasında XXIII turun matçları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Namiq Ələskərovun formasını geyindiyi “Bursaspor” ev oyununa çıxıb.

“Altınordu”nu qəbul edən “timsah” 1:0 hesablı qələbəyə sevinib. Görüşdə yeganə qola 28-ci dəqiqədə Hasan Ayaroğlu imza atıb.

Bu qolun məhsuldar ötürməsini isə start heyətində yer alan və görüşü əvəz edilmədən keçirən Ələskərov verib.

Qalibiyyət sayəsində təhlükəli zonadan çıxan “Bursaspor” 23 xalla turnir cədvəlinin 15-ci pilləsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti