
Bu gün “Fənərbaxça”nın İdarə Heyətinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, toplantıda İstanbul təmsilçisinin ümumi borcu açıqlanıb.
Klubun nizamnaməsinin müvafiq maddələrinə əsasən, “Fənərbaxça” İdman Klubu Dərnəyi və onun törəmə qurumlarının 30 sentyabr 2021-ci il tarixinə olan ümumi borcu 384,8 milyon avrodur.
“Fənərbaxça” hazırda 37 xalla Super Liqada 5-ci pillədə qərarlaşır.