"Qalatasaray" məşhur hücumçunu geri qaytardı - VİDEO

2 Fevral 2022 18:20 Türkiyə 1 002
"Qalatasaray" məşhur hücumçunu geri qaytardı - VİDEO

"Qalatasaray" Bafetimbi Qomisi geri qaytarıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı hücumçunun keçidini sosial şəbəkələrdə yayımladığı video ilə açıqlayıb.

37 yaşlı forvardla imzalanmış müqavilənin detalları hələlik bəlli deyil.

Bafetimbi Qomis 2017/2018 mövsümündə də "Qalatasaray"ın formasını geyinib. Təcrübəli futbolçu son olaraq Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!