"Komandalarda tez-tez əcnəbi futbolçularla bağlı problemlər olur".
Sportinfo.az "Lifebursa" nəşrinə istinadən xəbər verir ki, bunu "Bursaspor"nın baş məşqçisi Tamer Tuna deyib.
"Timsahlar"ın bir neçə legionerlə problem yaşadığını xatırladan 46 yaşlı mütəxəssis düşərgədə olan 3 əcnəbi oyunçunun komandaya can yandırdığını bildirib:
"Onsuz da, Namiq Ələskərov bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir.
Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır".
Öötən ilin avqustunda “Neftçi”dən "Bursaspor"a transfer olmuş yarımmüdafiəçi TFF I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.

