"Bursaspor”da GƏRGİNLİK - Namiq Ələskərov nə qərar verdi: Qalır, ya gedir?

31 Yanvar 2022 20:40 Türkiyə 1 676
"Bursaspor”da GƏRGİNLİK - Namiq Ələskərov nə qərar verdi: Qalır, ya gedir?

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor " maliyyə problemi ilə üzləşib.

Yerli "Bursadabugun" nəşri bununla bağlı yeni məlumat paylaşıb.

Türkiyəli həmkarlamızın iddiasına görə, "timsahlar"ın bir neçə oyunçusu bu səbəbdən klubu tərk edib.

Komandanın Antalya bölgəsindəki təlim-məşq toplanışında 21 futbolçu iştirak edir. Bunların sırasında yalnız 3 əcnəbi var və onlardan biri də Namiq Ələskərovdur.

Ələskərovla birlikdə Nikolas Salasar və Reagi Ofosunun xarakterli mövqe tutaraq komandadan ayrılmadıqları yazılıb.

Bursa təmsilçisində çilili Kristobal Xorkera klubun ona 700 min avro borcu olduğunu əsas gətirərək, yanvarın 28-də hazırlıq prosesindən ayrılıb və FIFA-ya şikayət edib.

Sloveniyalı Tim Matavj da eyni səbəbdən "Bursaspor"u UEFA-ya şikayət məktubu ünvanlayıb və müqaviləsini birtəfərli qaydada ləğv edərək, Kipr "Omoniya"sına keçib.

Hazırda zədəli olan niderlandlı Elton Akolatse də komandanı tərk etmək istəyir.

Bundan əlavə, "timsahlar"ın gənc və istedadlı oyunçuları hesab olunan Taha Altıkardeş, Batuhan Kör, Kerem Şen maliyyə problemlərinə görə "Trabzonspor"a satılıb.

Ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namiq Ələskərov I liqa təmsilçisi ilə 2+1 illik müqabilə imzalayıb.

Redaksiyamızın əldə etdiyi məlumata görə, “Neftçi”nin sabiq yarımmüdafiəçisinə bir sıra yeni təkliflər gəlib.

Bununlıa belə, o, minimum mövsümün sonunadək Bursada qalacaq. Millimizin üzvü klub rəsmiləri ilə söhbətində onlara belə bir xatırlatma edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti