36 yaşlı məşhur hücumçu “Qalatasaray”a qayıtdı - FOTO

31 Yanvar 2022 12:00 Türkiyə 1 011
36 yaşlı məşhur hücumçu “Qalatasaray”a qayıtdı - FOTO

Qalatasaray” 2017-2018-ci illər mövsümündə komandada yer alan fransız futbolçu Bafetimbi Qomisi yenidən heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılılar" 36 yaşlı hücumçu ilə 1,5 illik anlaşıb.

“Cim Bom”un qısa müddətdə rəsmi açıqlama verməsi və transferi rəsmi şəkildə açıqlaması gözlənilir.

İstanbul klubundan qalmaqallı şəkildə ayrıldıqdan sonra “Əl Hilal”a yollanan fransız futbolçu burada da müqaviləsini pozmuşdu.

Qomis liqanın qalan hissəsi üçün “Qalatasaray”dan 650 min avro zəmanətli qonorar alacaq.

Bundan əlavə, liqanın ikinci yarısında 10 qol vursa, müqaviləsi avtomatik olaraq 1 il daha uzadılacaq və əlavə bonus hüququ qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti