Vaxtilə “Qalatasaray”dan qalmaqalla ayrılan Riberi Türkiyəyə qayıdır?

19 Yanvar 2022 22:00 Türkiyə 881
Vaxtilə “Qalatasaray”dan qalmaqalla ayrılan Riberi Türkiyəyə qayıdır?

“Salernitana”nın yarımmüdafiəçisi Frank Riberi karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, fransalı ulduzunxidmətində 2 Türkiyə klubunun – “Fatih Karakümrük” və “Kasımpaşa”nın maraqlı olduğu bildirilir.

Riberi İtaliya klubunda ötən ilin sentyabrından çıxış edir. Onun müqaviləsi bir illik nəzərdə tutulub. O, cari mövsümdə 12 oyunda meydana çıxıb, 2 qol ötürməsi edib.

Riberi karyerasının ilk illərində Türkiyədə “Qalatasaray”ın şərəfini qoruyub. O, İstanbul nəhəngindən qalmaqalla ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti