Türklər ərəblərə “yox” dedilər – İndi də ingilislər istəyir 

19 Yanvar 2022 15:40 Türkiyə 1 268
Türklər ərəblərə “yox” dedilər – İndi də ingilislər istəyir 

“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Marionun xidmətində “Nyukasl” maraqlıdır.

“Adana” klubunun prezidenti Murat Sancak Balotelliyə görə ərəblərdən təklif aldıqlarını bildirsə də, ingilislər haqda bir söz deməyib:

“Bir ərəb komandası ona görə təklif göndərmişdi. Amma biz “yox” cavabı verdik. Onlara dedik ki, Balotellini satmaq fikrimiz yoxdur”.

Marionun müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. O, cari mövsümdə 20 oyun keçirib, 8 qol vurub, 4 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti