
Azərbaycanın U-17, U-19 və U-21 yığmasının sabiq futbolçusu Doğukan Öksüz özünə yeni komanda tapıb.
Sportinfo.az xəbər verir ki, Öksüz “Bursa Yıldırımspor”dan ayrılaraq “Hacettepe”yə keçib.
O, bir vaxtlar Türkiyə Superliqasında çıxış etmiş klubla mövsüm sonuna qədər anlaşıb. “Hacettepe” hazırda 3-cü liqada çıxış edir.