"Fənərbağça" Yoahim Lövə tapşırıldı? - İllik 5 milyon avro məvacib ödəyəcək

13 Yanvar 2022 15:40 Türkiyə 1 269
"Fənərbağça" Yoahim Lövə tapşırıldı? - İllik 5 milyon avro məvacib ödəyəcək

"Fənərbağça"nın yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Yoahim Lövlə anlaşıb.

Klub prezienti Ali Koçla şəxsən görüşən almaniyalı mütəxəsis təklifi qəbul edib.

"Sarı-lacivərdlilər" sabiq baş məşqçisinə illik 5 milyon avro məvacib ödəyəcək. Löv 2022/2023 mövsümündən Superliqa təmsilçisinə başçılıq edəcək.

Yoahim Löv 1998 - 1999-cu illərdə də "Fənərbağça"nın sükanı arxasında olub. Təcrübəli mütəxəssis 2006 - 2021-ci illərdə rəhbərlik etdiyi Almaniya millisinə 2014-cü ildə dünya çempionluğunu qazandırıb.

Türkiyə təmsilçisi isə bu yaxınlarda portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib. Onu mövsümün sonunadək İsmayıl Kartal əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti