“Qalatasaray”da Fatih Terim erası başa çatdı

10 Yanvar 2022 16:00 Türkiyə 888
“Qalatasaray”da Fatih Terim erası başa çatdı

“Qalatasaray”da baş məşqçi Fatih Terimlə yollar ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Qalatasaray”ın Super Liqada uğursuz çıxışına görə Terimlə müqaviləyə xitam verilib. 15 dəqiqə davam edən toplantıdan sonra Terimlə yolların ayrıldığı bildirilib.

2017-ci ildən İstanbul təmsilçisinin sükanı arxasında olan Fatih Terim 1996 - 2000-ci, 2002 - 2004, 2011 - 2013-cü illərdə də komandaya rəhbərlik edib.

68 yaşlı mütəxəssisin ayrılığı yaxın zamanda rəsmən açıqlanacaq. “Qalatasaray” Super Liqada 12-ci sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"