"Fənərbağça" və "Beşiktaş" arasında Super oyun Bakıda keçiriləcək?

6 Yanvar 2022 12:40 Türkiyə 1 005
"Fənərbağça" və "Beşiktaş" arasında Super oyun Bakıda keçiriləcək?

2011-ci ildən təxirə salınmış Türkiyə Super Kuboku uğrunda oyun Bakıda keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, belə bir iddia ilə ölkənin tanınmış jurnalisti Ertem Şener çıxış edib.

O, "Fənərbağça" və "Beşiktaş" arasındakı matçın avqustda Bakı Olimpiya Stadionunda təşkil olunacağını yazıb.

Qeyd edək ki, 2011-ci ildəki qarşılaşma "Fənərbağça" rəsmilərinin adlarının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınıb.

"Fənərbağça" həmin il oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Super Kuboku uğrunda matçın oynanılmasını tələb edib. İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.

2011-ci ildə "Fənərbağça" Türkiyə Super Liqasının, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"