Türkiyənin “super”i “Beşiktaş” oldu - VİDEO

6 Yanvar 2022 01:40 Türkiyə 1 105
Türkiyənin “super”i “Beşiktaş” oldu - VİDEO

Türkiyə superkubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, superkubok uğrunda “Beşiktaş” və “Antalyaspor” komandaları mübarizə aparıb.

Super Liqanın və ölkə kubokunun sonuncu qalibi olan İstanbul təmsilçisi, bu görüşdə də üstün olub.

Qətərin paytaxtı Dohada keçirilən qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Beşiktaş” superkubokun qalibi olub.

“Beşiktaş” tarixində 9-cu dəfə superkubokda qələbəyə sevinib. Bununla da “qara qartallar” 9 dəfə bu titula yiyələnmiş “Fənərbaxça” və “Trabzonspor”a çatıblar.

Türkiyə superkubokunda ən çox qələbə sevinci yaşamış komanda isə “Qalatasaray”dır – 16 dəfə.

"Beşiktaş" – "Antalyaspor" 1:1 (penaltilər 4:2)
Qollar: A.Hatçinson, 33 – A.Hatçinson, 74-öz qapısına.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!