“Qalatasaray” azı 15 milyon tələb edir – Kərəmi satmaq üçün

4 Yanvar 2022 15:40 Türkiyə 1 315
“Qalatasaray” azı 15 milyon tələb edir – Kərəmi satmaq üçün

“Volfsburq” “Qalatasaray”ın hücumçusu Kərəm Aktürkoğlunu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə Bundesliqa təmsilçisinin 23 yaşlı hücumçu üçün İstanbul klubuna rəsmi təklif göndərdiyi bildirilib.

“Qalatasaray” Avropa klublarının hədəfində olan Kərəm üçün azı 15 milyon avro tələb edib. Hücumçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Aktürkoğlu bu mövsüm “Qalatasaray”la 32 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti