"Qaziantep" Namiqin yolunu bu cür kəsdi - VİDEO

31 Dekabr 2021 00:30 Türkiyə 891
"Qaziantep" Namiqin yolunu bu cür kəsdi - VİDEO

Türkiyə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə Super Liqa təmsilçisi "Qaziantep"lə qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) "Qaziantep" 1/8 finala vəsiqə qazanıb. "Bursaspor" isə kubokda mübarizəni dayandırıb.

Namiq də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 62-ci dəqiqədə əvəzlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti