"Alanyaspor"un baş məşqçisi Bülent Korkmaz istefa verib.
Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onu bu vəzifədə italiyalı Françesko Fariolinin əvəzləyəcəyi gözlənilir.
Korkmaz bu ilin sentyabrından "Alanyaspor"a başçılıq edirdi.
Bülent Korkmaz 2009-2010 mövsümündə Azərbaycanda "Bakı"nın baş məşqçisi olub.

