"Trabzonspor" Türkiyə Superliqasında növbəti matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, 19-cu tur çərçivəsində "Başakşəhər"i qəbul edən Trabzon təmsilçisi bu matçda xal itirib.
Matç 0:0 başa çatıb. Aktivindəki xalların sayını 46-ya yüksəldən "Trabzonspor" 1-ci pillədəki yerini itirməyib. "Başakşəhər" isə 33 xalla 3-cüdü.

