"Fənərbağça" baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Sarı-lacivərdlilər" 53 yaşlı baş məşqçinin rəhbərliyi altında cari mövsüm Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb.
Komanda Türkiyə Super Liqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.
Bu ilin iyulunda "Fənərbağça"nın sükanı arxasına keçən Vitor Pereyra daha əvvəl 2015/2016 mövsümündə İstanbul nəhənginə başçılıq edib.

