Yaxın günlərdə yeni möhtəşəm stadionun açılışı olacaq - VİDEO

19 Dekabr 2021 18:40 Türkiyə 1 671
Yaxın günlərdə yeni möhtəşəm stadionun açılışı olacaq - VİDEO

Türkiyənin Erzincan şəhərində yeni stadion istifadəyə veriləcək.

Sportinfo.az xəbər verir ki, arenanın açılış mərasimi yaxın günlərdə baş tutacaq.

TFF 2-ci liqasında mübarizə aparan "24 Erzincanspor" mövsümün ikinci yarısında ev oyunlarını burada keçirəcək. UEFA standartlarına cavab verən stadion 12 min 981 azarkeş tutumuna malikdir.

Atatürk məhəlləsində köhnə arenanın yerində tikilən idman obyektində ticarət mərkəzi, restoran və müxtəlif idman növləri üçün zallar fəaliyyət göstərəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti