Super Liqa klubu 32 yaşlı baş məşqçisi ilə vidalaşdı

18 Dekabr 2021 01:40 Türkiyə 906
Super Liqa klubu 32 yaşlı baş məşqçisi ilə vidalaşdı

“Fatih Karagümrük” baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 32 yaşlı baş məşqçi bu ilin martında komandanın sükanı arxasına keçmişdi.

İstanbul təmsilçisi italiyalı məşqçiyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!