"Barselona"nın hücumçusunu transfer edir - "Fənərbaxça"

17 Dekabr 2021 12:00 Türkiyə 1 034
"Barselona"nın hücumçusunu transfer edir -

"Fənərbaxça" Lyuk de Yonqu transfer etmək üçün hərəkətə keçib.

Sportinfo.az xəbər verir ki, "Sevilya"ya məxsus olan niderlandlı hücumçu hazırda icarə əsasında "Barselona"da oynayır.

Kataloniya klubu onu vaxtından əvvəl öz klubuna göndərmək niyyətindədi. Əndəlusiya təmsilçisi isə forvard başqa kluba keçəcəyi təqdirdə bununla razılaşacaq.

Əks təqdirdə isə "Sevilya" özü də təcrübəli hücumçunun xidmətində maraqlı deyil.

Türkiyə təmsilçisi isə qışda onu heyətinə qatmaq üçün futbolçunun meneceri və "Sevilya" ilə razılaşmağa çalışacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti