“Beşiktaş”ın futbolçusu Kayl Larin İngiltərə klublarının hədəfinə düşüb.
Sportinfo.az xəbər verir ki, kanadalı hücumçu ilə “Sauthempton”, “Brayton”, “Vest Hem” və “Everton” klubları maraqlanır.
Premyer Liqa təmsilçiləri qış transfer pəncərəsi dövründə Larin üçün “Beşiktaş”ın “qapısını döyəcək”.
26 yaşlı hücumçu bu mövsüm “Beşiktaş”la 17 oyunda 5 qol vurub.

