“Beşiktaş” Pyaniçin oyunundan razı deyil.
Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi bosniyalı futbolçunu vaxtından əvvəl geri göndərmək istəyir.
31 yaşlı futbolçu müqavilə ilə “Barselona”ya məxsusdur.
Pyaniç icarə əsasında gələn ilin yayına qədər “Beşiktaş”da çıxış etməlidir.
Ancaq onun oyunundan narazı olan klub rəhbərliyi bosniyalını qışda geri qaytarmağı planlaşdırır.
Onu da qeyd edək ki, İtaliya Futbol Federasiyası Avro-2020-dən sonra Mançini ilə müqaviləni 2026-cı ilin yayına qədər uzadıb.

