Namiqin "Bursaspor"da növbəti qolunu necə vurdu? - VİDEO+FOTOLAR

6 Dekabr 2021 00:50 Türkiyə 1 268
Namiqin "Bursaspor"da növbəti qolunu necə vurdu? - VİDEO+FOTOLAR

Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

Bursalıların 40-cı dəqiqədə vurduğu ikinci qolun müəllifi də məhz Ələskərov olub. “Bursaspor” 15 turdan sonra 17 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti