Azərbaycanlı legionerin ayağı düşərli oldu: Özü "sarı"ya tuş gəlsə də... VİDEO

29 Noyabr 2021 00:56 Türkiyə 695
Azərbaycanlı legionerin ayağı düşərli oldu: Özü "sarı"ya tuş gəlsə də... VİDEO

Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yrımmüdafiəçi Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Vüsal da bu görüşün iştirakçısı olub.Hesab O, oyun 2:1 qonaqların üstünlüyü ilə davam edərkən - 56-cı dəqiqədə meydana daxil olub.

Azərbaycanlı futbolçu meydana çıxandan 10 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.

“Keçiörengücü” 14 turdan sonra 13 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti