Namiq bundan sonra Tamer Tunadan tapşırıq alacaq

20 Sentyabr 2021 18:00 Türkiyə 1 093
Namiq bundan sonra Tamer Tunadan tapşırıq alacaq

Azərbaycan millisinin futbolçusu Namiq Ələskərovun formasını geyindiyi “Bursaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, TFF I Liqa təmsilçisi bu posta Tamer Tunanı gətirib.

Rəhbərlik 45 yaşlı mütəxəssislə danışıqlar zamanı onun razılığını ala bilib.

Futbolçu karyerası ərzində “Bursaspor”un da formasını geyinmiş Tuna birillik fasilədən sonra məşqçilik karyerasını bərpa edib. O, sonuncu dəfə ötən il “Antalyaspor”u çalışdırıb.

“Bursaspor” 6 turdan sonra 5 xalla 15-ci pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti