Türkiyə millisi Bakıda milyonlarla pul qazanmaqdan məhrum oldu

24 İyun 2021 23:00 Türkiyə 690
Türkiyə millisi Bakıda milyonlarla pul qazanmaqdan məhrum oldu

Türkiyə millisinin Avropa çempionatından qazancı bəlli olub.

Sportinfo.az xəbər verir ki, UEFA turnirdə iştirak edən 24 komandanın hər birinə 9,25 milyon avro ödəyəcək.

Qrup mərhələsindəki qələbəyə görə 1,5 milyon avro, heç-heçəyə isə 750 min avro verilir.

Türkiyə seçməsi hər üç görüşdə uduzduğu üçün yarışı 9,25 milyon avro ilə başa vurub.

Mükafat fondu 371 milyon avro olan AVRO-2020 iyulun 11-də başa çatacaq.

Türkiyə seçməsi Romadakı açılış matçında İtaliyaya 0:3, Bakıda ilk görüşdə Uelsə 0:2, ardından İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti