"Onlardan üzr istəyirəm, sonadək mübarizə aparacağımızdan heç kimin şübhəsi olmasın"

20 İyun 14:40 Türkiyə 260
"Onlardan üzr istəyirəm, sonadək mübarizə aparacağımızdan heç kimin şübhəsi olmasın"

"Qrupda yaxşı nəticələr qazana bilmədik. Buna görə məyusuq. Amma qarşıda daha bir matçımız var. Həmin oyuna köklənmişik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Halil Dervişoğlu yerli federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatındakı çıxışları barədə danışarkən deyib.

22 yaşlı hücumçu əllərinə düşən imkandan yararlana bilmədiklərini söyləyib: "Əslində bu fürsəti dəyərləndirməli, meydanda əlimizdən gələnin ən yaxşısını etməliydik.

Şansımız az olsa da, İsveçrə ilə görüşdə bütün gücümüzü ortaya qoyacağıq. Xalqımıza borcumuz var. Buna görə də meydanı qələbə ilə tərk etmək lazımdır".

"Qalatasaray"da çıxış edən forvard Bakıda azarkeşlərin böyük dəstəyini hiss etdiklərini bildirib:

"Bizə dəstək verən hər kəsə təşəkkür edirəm. İstədiyimiz nəticələri əldə edə bilmədiyimiz üçün onlardan üzr istəyirəm. Sonadək mübarizə aparacağımızdan heç kimin şübhəsi olmasın".

2 turdan sonra xalsız olan Türkiyə millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. "Ay-ulduzlular" qrupdakı son matçını iyunun 20-də Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.

Xəbər Lenti
27 İyul 23:40 "Sabah"dan son VİDEO
27 İyul 16:40 "Qarabağ"ın yol planı
27 İyul 15:40 Ronaldo razılaşmadı
27 İyul 09:20 Yenə də… FOTOREPORTAJ