"Səhv varsa, ən böyüyü mənimdir - Mən heç vaxt sözümdən dönmədim"

16 May 2021 11:00 Türkiyə 890
"Səhv varsa, ən böyüyü mənimdir - Mən heç vaxt sözümdən dönmədim"

"Çempionluğa çox yaxınlaşdıq. "Denizlispor"la matçda və bugünkü oyunda qol buraxmasaydıq, çempion idik. Qismət olmadı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Super Liqasının XLII turunda "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

68 yaşlı mütəxəssis klubda işləyən hər kəsə və azarkeşlərə təşəkkür edib. Terim İstanbul təmsilçisindəki taleyi ilə bağlı bunları söyləyib:

"Heç kim "Qalatasaray"ın baş məşqçisinə və futbolçusuna asanlıqla sataşmamalıdır. Hər kəs nə demək istədiyimi başa düşür. Narahat olmasınlar, daha yaxşı izah edəcəyəcəm.

İndiki durumumuz mənim üçün heç də xoş deyil. Çempion olmalı idik. Səhv varsa, ən böyüyü mənimdir. Haqlarını halal etsinlər. Mən heç vaxt sözümdən dönmədim.

Mayın 31-də müqaviləm başa çatır. Bəzi vaxtlar da istefa verə bilərdim, amma mən bunu "Qalatasaray" üçün etmədim. Sözümüzü yerinə yetirdik. Vəziyyət bundan ibarətdir".

"Qalatasaray" çempionatın sonunda "Beşiktaş" qədər - 84 xal toplasa da, top fərqinə görə çempionluğu əldə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"