Şenol Güneş: "Azərbaycan bizim üçün önəmlidir"

15 May 2021 17:00 Türkiyə 1 177
Şenol Güneş: "Azərbaycan bizim üçün önəmlidir"

"Azərbaycan bizim üçün önəmlidir. Azərbaycanı öz meydanımız kimi görürük".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıda keçirəcəkləri AVRO-2020-nin oyunları barədə danışarkən deyib.

69 yaşlı mütəxəssis 2019-cu ilin dekabrında Azərbaycan paytaxtına etdiyi səfəri zamanı məşq üçün stadionları axtararkən, isti münasibət gördüyünü xatırladıb:

"Oyunlara nə qədər tamaşaçının gələcəyini bilmirəm, amma bu baxımdan üstünlüyümüzün olacağını düşünürəm.

Türkiyə - Azərbaycan əlaqələri son dönəmdə daha da yüksək səviyyəyə qalxıb. Meydanda bizi dəstəkləyən o azarkeşlərə yaxşı oyunla gözəl nəticələr verməyimizin gərəkliyini düşünürəm".

İlk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi