Avrokuboklara vəsiqə qazansalar, rəqiblərini harada qəbul edəcəklər? - NARAHATLIQ

17 Aprel 14:00 Turan 725
Avrokuboklara vəsiqə qazansalar, rəqiblərini harada qəbul edəcəklər? - NARAHATLIQ

30 ildən sonra Tovuz təmsilçisi avrokuboklarda çıxış edə bilər.

“Turan Tovuz”un belə bir şansa sahib olması barədə yazdığım yazıdan sonra bölgə klubunun tərəfdarlarını indi də bir başqa sual düşündürməyə başlayıb – Görəsən, arzular gerçək olsa, klub ev oyunlarını doğma rayonda keçirə biləcək?

Tovuzlu futbolsevərlərin narahatlığına əsas yoxdur.

Əldə etdiyimiz məlumatlara görə, Tovuz şəhər stadionu UEFA-nın tələblərinə cavab verir.

Sadəcə müəyyən əskiklər var ki, onun da həlli üçün Ali qurum klub qarşısında zaman tanıyır.

Və həmin müddətdə nöqsanların aradan qaldırılması çətin olmayacaq.

Mövsümün əvvəli hətta avrokuboklar üçün 6500 tutumu olan arena göstərilib.

Amma söhbət təsnifat mərhələlərinin oyunundan gedir.

Əgər Qərb təmsilçisi öncə Premyer Liqada, ardınca Avropa arenasında surpriz edərək qrup mərhələsinə yüksələrsə, o zaman Bakıdakı stadionların birinə üz tutmalı olacaq.

Xatırladaq ki, 29 turdan sonra “Turan Tovuz” 39 xalla 6-cı pillədə qərarlaşıb.

Sona 7 tur qalmış komandanı ikinci pillədə yer alan “Zirə”dən cəmi 6 xal ayırır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU