Berdiyev "Turan"a daha bir iranlı aldırdı - SON DƏQİQƏ

26 İyul 2024 13:00 Turan 3 809
Berdiyev "Turan"a daha bir iranlı aldırdı - SON DƏQİQƏ

Premyer Liqada yeni mövsümün startına az qalıb.

Avrokuboklara iddialı heyət qurmaq istəyən «Turan Tovuz» transfer bazarında hərəkətliyi bir qədər də artırıb.

Klub rəhbərliyi Kurban Berdiyevin təşəbbüsü ilə daha bir legioner gətirib. Baş məşqçi yenə İrana üz tutub.

Arazın o tayından dəvət olunan futbolçunun ampluası müdafiəçidir.

Rusiyalı mütəxəssisin ötən günlərdə «Traktor»un sabiq müdafiəçisi Araş Qadirini də aldırmasını xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!