Azərbaycan Tokio-2020-yə 5-ci lisenziyanı qazandı

8 Noyabr 2019 16:32 Paris-2024 916
Azərbaycan Tokio-2020-yə 5-ci lisenziyanı qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatının ilk günündə paralimpiyaçımız Kamil Əliyev mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Kamil Əliyev uzunluğa tullanmaq üzrə T12 kategoriyasinda 7.00 metr nəticə göstərib.

Dünya çempionatında üçüncü yerə çıxan Kamil Əliyev Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Beləliklə paralimpiya oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 5-ə yüksəlib.

Dünya çempionatı noyabrın 15-ə qədər davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışlara qatılacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti