Kəmaləddin Heydərov DÇ ilə bağlı Təşkilat Komitəsinin iclasında tapşırıq verdi ki…

4 May 2023 02:50 Tokio-2020 5 758
Kəmaləddin Heydərov DÇ ilə bağlı Təşkilat Komitəsinin iclasında tapşırıq verdi ki…

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı Təşkilar Komitəsinin iclasında iştirak edib.

Sportinfo.az xəbər verir ki, Təşkilat Komitəsinin sədri olan K. Heydərov çıxışında mötəbər yarışın Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu bildirib.

Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən, yubiley tədbiri Bakıda qeyd olunacaq və paytaxta 3 000-dək qonağın gəlişi gözlənilir.

Dünya çempionatı 29 may – 4 iyun tarixlərində keçiriləcək.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"